Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer BQXK-nın Dağlıq Qarabağdakı heyətində dörd dəfə artımın olacağını açıqlayıb.
Bizim.media-nın məlumatına görə, o bu barədə “RBK"ya müsahibəsində bildirib.
Maurer deyib ki, müharibədən əvvəl bölgədəki missiyamızın büdcəsi 10 milyon İsveçrə frankı idisə, gələn il 45 milyon olacaq:
“Bizim orada çox az əməkdaşlarımız var. İndi bölgəyə əlavə 400-500 nəfər göndərməyi planlaşdırırıq. Son günlərdə artıq iştirakçılığımızı artırmışıq”, - deyə BQXK rəhbəri əlavə edib.
Maurer vurğulayıb ki, Qırmızı Xaçın Bakı, Yerevanda ofisləri var və komitə nümayəndələri Xankəndinə qayıdır, bir və ya iki ofis açmağı planlaşdırırlar.
Bizim.media
- A-
- A
- A+
Region
09:38 / 24.11.2020
BQXK Qarabağda heyətinin sayını 4 dəfə artırır
Hazırda oxunan: BQXK Qarabağda heyətinin sayını 4 dəfə artırır
Hazırda oxunan: BQXK Qarabağda heyətinin sayını 4 dəfə artırır
3359
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.