5 il ərzində Ermənistanda Xarici Kəşfiyyat Xidməti yaradılacaq - Paşinyan 

5 il ərzində Ermənistanda Xarici Kəşfiyyat Xidməti yaradılacaq - Paşinyan 

Hazırda oxunan: 5 il ərzində Ermənistanda Xarici Kəşfiyyat Xidməti yaradılacaq - Paşinyan 

33236

Ermənistan beş il ərzində Xarici Kəşfiyyat Xidməti yaradacaq. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan çərşənbə günü hökumətin 2021-2026-cı illər üçün proqramını təqdim edərkən Nazirlər Kabinetinin iclasında deyib.

"2050 -ci ilə qədərki inkişaf strategiyamızda qeyd etdiyimiz kimi yaxın 5 ildə Ermənistanda Xarici Kəşfiyyat Xidməti yaradılacaq", deyə Paşinyan bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Orduda islahatlar, Rusiya ilə ittifaq: Paşinyan ölkədə əsas təhlükəsizlik faktorlarını açıqladı


Hökumətin proqramı Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra parlamentdə müzakirə olunacaq. 

Paşinyana görə, parlament müzakirələri gələn həftə baş tutacaq.

Proqram 6 bölmədən ibarətdir: "Təhlükəsizlik və Xarici Siyasət", "İqtisadiyyat", "İnfrastukturun İnkişafı", "İnsan Kapitalının İnkişafı", "Hüquq və Ədalət" və "İnstitusional İnkişaf".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO