Ermənistanda Silahlı Qüvvələrdə genişmiqyaslı islahatlar prosesi başlayıb və davam edir.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan çərşənbə günü hökumətin iclasında deyib.
O, ordunu ölkənin xarici təhlükəsizliyinin təmin olunmasında əsas amil adlandırıb. Paşinyan aktiv xarici siyasəti təhlükəsizliyin başqa bir ön şərti hesab edir.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan müharibə faktlarınının açıqlanmasını istəmir - SƏBƏB
"Ermənistan bütün ölkələr və beynəlxalq təşkilatlarla işləyərək fəal xarici siyasət yürütməlidir", - deyə o əlavə edib.
Paşinyan Ermənistan-Rusiya strateji müttəfiqliyini və respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü Ermənistanın təhlükəsizliyində vacib amil hesab edir.
Bizim.Media