Sovet İttifaqının son lideri Mixail Qorbaçov SSRİ-nin dağılmasında Dövlət Fövqəladə Hallar Komitəsinin üzvlərinin, Avqust qiyamının təşkilatçılarının, həmçinin Belovejskaya sazişini imzalayanların günahkar olduğunu söyləyib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı İnterfaks agentliyi yayıb.
"Özlərini haqq qazandırmağa çalışan qiyamın təşkilatçıları, ölkəni qorumaq üçün narahat olduqlarını iddia etdilər, lakin macəralarının nəticələri fəlakətli oldu. Ölkənin dağılmasında çox böyük məsuliyyət daşıyırlar”. Qorbaçov Avqust qiyamının 30-cu ildönümü ərəfəsində belə deyib.
MÖVZU İLƏ BAĞLI:
20 Yanvar faciəsinin müəllifi Qorbaçov: “Əminəm ki, biz düzgün siyasi xətdəydik”
O, hesab edir ki, qiyam səbəbindən SSRİ-nin prezidenti kimi onun imkanları çox zəiflədi və ölkənin dağılmasının qarşısını ala bilmədi.
Qorbaçov Belovejskaya sazişini imzalayan Boris Yeltsin, Stanislav Şuşkeviç və Leonid Kuçmanın da adını çəkib.
“Respublikalar müstəqillik bəyannamələri qəbul etdilər. Yenə də Birliyi qorumaq üçün bir şans var idi. Ancaq dekabr ayında ikinci bir zərbə gəldi:
SSRİ-nin mövcudluğunun dayandırıldığını elan edən Rusiya, Ukrayna və Belarus liderlərinin Belovejskaya sui-qəsdi”, deyə Qorbaçov əlavə edib.
“Rusiya və digər respublikaların qiyam edən əhalisinə görə belə stereotip yaranıb ki, guya SSRİ-nin dağılmasının səbəbkarı mənəm”, deyə Sovet İttifaqının son lideri vurğulayıb.
Bizim.Media