“ABŞ-ın yeni administrasiyası ilə yaxından əməkdaşlıq etməyi düşünürük”.
Bizim.Media-nın məlumatına görə, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
Üzdə olan bəzi problemlərin Türkiyə-ABŞ münasibətlərinə kölgə saldığını söyləyən Akar, S- 400-lərin də bunlardan biri olduğunu deyib.
“S-400 almağımız böyük bir problemə gətirib çıxarıb. Bu məsələdə niyyətimizin ancaq 83 milyon vətəndaşımıza və ölkəmizin havadan müdafiəsini təmin etmək olduğunu bildirmək istəyirəm''.
''Bu mərhələyə açıq və şəffaf satınalma prosesindən sonra gəldik. Başqa nə etməyimizi gözləyirdilər?”
Nazir deyib ki, istənilən halda 70 illik iki müttəfiq arasındakı problemləri müzakirə edərkən təhdid dilindən və sanksiya ilə hədələməkdən çəkinmək lazımdır.
Türkiyə NATO-nun işinə və əməliyyatlarına hərbi birliklərlə dəstək göstərən ilk beş, eyni zamanda iqtisadi dəstək göstərən ilk səkkiz ölkədən biridir:
“30 ölkənin üzvü olduğu ittifaqda fərqli fikir və münasibətlərin olması olduqca normaldır''.
''NATO-nun gücü ittifaqın xeyrinə olan fikir ayrılıqlarının aradan qaldırılmasındadır''.
''Türkiyə isə ittifaqın bütün dəyərlərini və məsuliyyətini paylaşaraq, əməliyyatlarda və təlimlərdə öhdəsinə düşən vəzifələri icra edərək NATO-nun mərkəzində yer almaqdadır”, - deyə nazir vurğulayıb.
Bizim.Media