Petrosyan Paşinyana səsləndi: “Komandana töhmət ver”

Petrosyan Paşinyana səsləndi: “Komandana töhmət ver”

Hazırda oxunan: Petrosyan Paşinyana səsləndi: “Komandana töhmət ver”

3293

“Çiçəklənən Ermənistan” partiyasının deputatı Gevorq Petrosyan baş nazir Nikol Paşinyanı dərhal istefa verməyə çağırıb.

Bizim.Media erməni KİV-nə istinadla xəbər verir ki, deputat Paşinyanın istefadan başqa çıxış yolunun olmadığını söyləyib:

“İstefa verməli olduğunuzu yaxşı başa düşürsünüz, başqa bir seçiminiz yoxdur. Müharibədə məğlub olan və torpaqları təhvil verən siyasətçinin liderliklə heç bir əlaqəsi yoxdur”.

Petrosyan deyib ki,  heç kim  Paşinyanı dövlət başçısı kimi görmək istəmir.

"Yaxşı, utanmırsanmı Nikol? Komandana bir az töhmət ver''.

''Onlar sonda sənə qarşı yönələcəklər. 5000 əsgərin başını yedin. Bu gün yaralanan 10 000 vətəndaşımız var''.

''Üstəlik yaralıların barmağının və ya qulağının ucu kəsilməyib, onlar ayaqlarını, əllərini itiriblər''.

''O insanların problemlərini necə həll edəcəksiniz? Niyə hərbi vəziyyətə son qoymursunuz? İndi vəzifənizi tərk etməyinizə nə mane olur?".

Petrosyan baş nazirə nifrət etdiyini də söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO