Rusiya Prezidenti Vladimir Putin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə Əfqanıstandakı vəziyyəti müzakirə edib.
Bizim.Media TASS-a istinadən məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğandan Əfqanıstanla bağlı AÇIQLAMA
Məlumata görə, Əfqanıstanda hadisələrin inkişafı ilə bağlı müzakirələr aparılıb.
“Hər iki ölkənin dövlət və hökumət qurumlarının bu istiqamətdə qarşılıqlı fəaliyyətinin artırılması qərara alınıb"-deyə xəbərdə qeyd edilib.
Rusiyanın Əfqanıstandakı Səfirliyi isə bəyan edib ki, rəsmi Moskva keçid hökuməti ilə əməkdaşlığa hazırdır.
Bizim.Media