Türklərin işğaldan azad etdiyi “Artsax”da və ya Ermənistanın sərhəd bölgələrində heç bir iş görülməsə, o zaman səngərdə dayanan və oranı müdafiə edən silahlı əsgər tapılmayacaq, amma iş firavan getsə, hərbçilər torpaqların bir santimetrini belə heç kəsə verməyəcək.
Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Telegram kanalında erməni bloger Mika Badalyan yazıb.
Onun sözlərinə görə, sərhəd bölgələrində iş yerlərinin açılması zəruridir:
“Ancaq yeni iş yerlərinin açılması üçün hansı ideyalar həyata keçirilməlidir? Əsas sual budur. Dünən bununla bağlı audio söhbətdə müzakirə aparıldı. Biz heç kimə qarşı çıxmırıq və kiməsə qarşı mübarizə aparmırıq, yalnız yoxsulluğa, işsizliyə, Ermənistandan mühacirətə qarşı mübarizə aparırıq”.
Onun fikrincə, sadalanan bu amillərin hamısı Ermənistanı daxildən məhv edir:
“Amma biz buna icazə verə bilməyəcəyik və son nəfəsimizə qədər Ermənistan uğrunda mübarizə aparacağıq”.
Bizim.Media
- A-
- A
- A+
Region
14:55 / 14.08.2021
“Yoxsulluq, işsizlik, mühacirət Ermənistanı daxildən məhv edir” – Erməni blogerin ETİRAFI
Hazırda oxunan: “Yoxsulluq, işsizlik, mühacirət Ermənistanı daxildən məhv edir” – Erməni blogerin ETİRAFI
Hazırda oxunan: “Yoxsulluq, işsizlik, mühacirət Ermənistanı daxildən məhv edir” – Erməni blogerin ETİRAFI
32672
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.