Ermənistanda yoxsulluğun səviyyəsi xeyli artdı - FAİZLƏR

Ermənistanda yoxsulluğun səviyyəsi xeyli artdı - FAİZLƏR

Hazırda oxunan: Ermənistanda yoxsulluğun səviyyəsi xeyli artdı - FAİZLƏR

32350

Ermənistan iqtisadiyyatının əsas parametrlərini müəyyən edən amillər çökmək üzrədir. Ölkədə gündəlik tələbat məhsullarının qiyməti 2020-ci ilin eyni dövrü ilə müqayisədə əsaslı dərəcədə artıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Milli Statistika Xidmətinə istinadən məlumat yayıb.

Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, illik hesablamalara görə, iyul ayında ölkədə inflyasiya 8,2 faiz təşkil edib. Bu halda qida məhsulları üzrə orta qiymətlər cari ildə ilk dəfə ikirəqəmli olub və 13,9 faiz artıb. Bu artım təkcə iyunda 9 faiz təşkil edib.

Qeyd edilir ki, ölkədə qida məhsulları qrupunda düyü 13,4 faiz, çörək 8,6 faiz, donuz əti 32,2 faiz, toyuq əti 24,3 faiz bahalaşıb. İl ərzində qiymətlərdə ən böyük artım yumurtada qeydə alınıb - 51,3 faiz.

İyul ayında kartofun orta qiyməti 38,4 faiz, tərəvəz qrupu üçün 53,1 faiz artıb. Kərə yağı il ərzində 15,9 faiz bahalaşıb.

Qeyri -ərzaq məhsulları qrupunda texniki malların (soyuducular, paltaryuyan maşınlar, qaz sobaları və sair) qiymətləri - 13,2 faiz bahalaşıb. Praktik olaraq bütün mallar və xidmətlər bahalaşıb.

Qeyd olunur ki, ölkədə ailələrin həyat səviyyəsi ciddi şəkildə pisləşib, yoxsulluğun səviyyəsi artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO