Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada Ermənistan müdafiə naziri Arşak Karapetyanla görüşdə bildirib ki, Rusiya Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi və islahatına kömək etməyə hazırdır.
Bizim.Media xəbər verir ki, bu haqda infirmasiya Rusiya mətbuatında yer alıb.
“Həm ikitərəfli formatda, həm də KTMT çərçivəsində hərbi sahədə əməkdaşlığımızın inkişafına böyük əhəmiyyət veririk.
Eyni zamanda, Ermənistan silahlı qüvvələrində islahatlar proqramının həyata keçirilməsinə kömək etməyə hazırıq. Bu, asan iş deyil, amma düşünürəm ki, təcrübənizlə bu işin öhdəsindən layiqincə gələcəksiniz”, deyə Şoyqu bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan yeni ordu yaradır: genişmiqyaslı islahatlar nəyə yönəlib?
O qeyd edib ki, 102-ci Rusiya hərbi bazası yaxşı təchiz olunub və Ermənistanın təhlükəsizliyinin qarantıdır.
"Ermənistan Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində Rusiyanın müttəfiqi və əsas tərəfdaşıdır. Biz bu bölgədə sabitliyin qorunmasında son dərəcə maraqlıyıq", deyə erməni nazir əlavə edib.
Öz növbəsində, Karapetyan Şoyquya Ermənistan silahlı qüvvələrinin döyüş qabiliyyətinin bərpasına, qoşunların təchizatına və təliminə kömək etməyə hazır olduğuna görə minnətdarlığını bildirib.
O, müdafiə naziri vəzifəsində ilk xarici səfərinin Ermənistanın strateji müttəfiqi olan Rusiyaya etdiyini xüsusi vurğulayıb.
"Rusiya, erməni xalqı üçün həqiqətən təkcə Qarabağda deyil, həm də birbaşa Ermənistan sərhədlərində təhlükəsizlik problemləri ilə məşğul olan yeganə dövlətdir. Biz çox sıx və səmərəli əməkdaşlığa hazırıq”, deyə Karapetyan yekunlaşdırıb.
Bizim.Media