“Əhəmiyyətsiz atışmaları nəzərə almasaq, atəşkəs rejiminə riayət edilir və mən əminəm ki, bundan sonra da belə olacaq"
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdə deyib.
O, bildirib ki, nizamlanmış bütün işlər bu gün öz nəticəsini verir:
“Rusiya, Azərbaycan və Ermənistan dövlətlərinin rəhbərləri tərəfindən plan, mənim fikrimcə, tarixi Bəyanat qəbul ediləndən sonra o qədər də çox vaxt keçməyib, lakin sülhməramlı kontingent, sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar, yəni orada 23 post var".
"Təmas xəttində təhlükəsizliyi təmin etmək üçün magistral tərəfdə yerləşən bu postlar nəzarətə götürülüb. Köçkünlərin qayıtması başlanıb. Əlbəttə, nizamlanmış bütün işlər bu gün öz nəticələrini verir".
"Siz qeyd etdiyiniz kimi, bu müddətdə, ola bilsin, nadir istisnalarla, hesab edirik ki, əhəmiyyətsiz atışmaları nəzərə almasaq, atəşkəs rejiminə riayət edilir və mən əminəm ki, bundan sonra da belə olacaq", - nazir bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
18:12 / 21.11.2020
Sergey Şoyqu: “Nizamlanmış bütün işlər bu gün öz nəticəsini verir”
Hazırda oxunan: Sergey Şoyqu: “Nizamlanmış bütün işlər bu gün öz nəticəsini verir”
Hazırda oxunan: Sergey Şoyqu: “Nizamlanmış bütün işlər bu gün öz nəticəsini verir”
3212
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.