Qaribaşvili Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətlərindən danışdı

Qaribaşvili Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətlərindən danışdı

Hazırda oxunan: Qaribaşvili Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətlərindən danışdı

31921

“Xarici siyasətimizdə əsas istiqamətlərdən biri uğurlu qonşuluq siyasəti olmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu Baş nazir İrakli Qaribaşvili ölkənin Xarici İşlər Nazirliyinin 10 illik fəaliyyət planının təqdimat mərasimində çıxışında deyib.

O, üç qonşu ölkə - Azərbaycan, Ermənistan və Türkiyə ilə əla münasibətlərin olduğunu qeyd edib.

Hökumət başçısı Gürcüstanın uğurlu vasitəçiliyi sayəsində Azərbaycan və Ermənistan arasında əldə olunmuş humanitar razılaşmaya da toxunub:

“Bizim uğurlu siyasətimiz nəticəsində azərbaycanlı və erməni qardaşlarımız arasında razılaşma əldə olundu. Bu, uğurlu presedenti üç qonşu ölkə yaratdı”.

İ.Qaribaşvili vurğulayıb ki, Gürcüstan bölgədə dayanıqlı sülh və sabitliyin əsas təşəbbüskarlarından biri olmalıdır:

“Bu, gələcək inkişaf üçün möhkəm təməl ola bilər. Dost və qonşu ölkələrə təklif etdiyimiz platforma inkişaf etdirilməli və biz bu istiqamətdə daha da fəal olmalıyıq”.

Baş nazir həmçinin Türkiyə-Gürcüstan münasibətlərindən də danışıb. Onun sözlərinə görə, iki ölkə arasında yüksək səviyyəli strateji dialoq fəallaşdırılacaq:

“Mənim Türkiyəyə uğurlu səfərim və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüm olub. Onun təşəbbüsü ilə Gürcüstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı bu ilin sonunda keçiriləcək”, - deyə baş nazir İ. Qaribaşvili bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO