“8 aydır bizə yalan danışırlar” – Bakıda saxlanılan erməni terrorçunun qohumu - FOTO

“8 aydır bizə yalan danışırlar” – Bakıda saxlanılan erməni terrorçunun qohumu - FOTO

Hazırda oxunan: “8 aydır bizə yalan danışırlar” – Bakıda saxlanılan erməni terrorçunun qohumu - FOTO

31892

“Övladlarımızın nə vaxt geri dönəcəyini öyrənmək üçün hökumət binasının qarşısına toplaşdıq”.

Bizim.Media xəbər verir ki, bunu avqustun 9-da jurnalistlərə verdiyi müsahibədə Bakıda saxlanılan erməni terrorçunun adının açıqlanmasını istəməyən qohumu deyib.

“Səkkiz aydır bizə yalan danışırlar. Bakıda əsirlərimiz azadlıqdan məhrum edilir. Başqa nə qədər gözləyəcəyik? Artıq səlahiyyətlilərdən heç nə gözləmirik. Məmurlar bizi qəbul etmir, hara və kimə müraciət edəcəyimizi bilmirik ”, deyə məhkumun qohumu əlavə edib.

Jurnalistin əsirlər problemi ilə məşğul olan keçmiş baş nazir müavini Tiqran Avinyanın hökumət binasına yenicə girdiyini və onlara yaxınlaşıb-yaxınlaşmadığı sualına əsirin qohumlarından biri belə deyib:

“O, gördü ki, valideynlər oturublar. İndi hamı öz kreslosu uğrunda mübarizə aparır. Bu gün heç kim orada nə qədər qəhrəman oğlanın əsirlikdə qaldığı və nə vaxt geriyə qayıdacağı ilə maraqlanmır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO