Ermənilər ötən il Bakı, Gəncə və İstanbula hücum edəcəkmiş - VİDEOFAKT

Ermənilər ötən il Bakı, Gəncə və İstanbula hücum edəcəkmiş - VİDEOFAKT

Hazırda oxunan: Ermənilər ötən il Bakı, Gəncə və İstanbula hücum edəcəkmiş - VİDEOFAKT

31843

Ermənilər ötən il Bakı, Gəncə, İstanbul və “Qərbi Ermənistan”a (ermənilər Türkiyə torpağını belə adlandırırlar) hücum edəcəkmiş. 

Bizim.Media xəbər verir ki, informasiyanı təsdiq edən açıq diskussiya 2020-ci ilin iyulunda Ermənistanın 106.5 radiosunun efirində gedib.
 

MÖVZU İLƏ BAĞLI:

KTMT baş katibi Ermənistana gəldi – SƏBƏB


Aparıcı Qaqik Qinosyan bu barədə qonaq çağırdığı Artur Aleksanyanla söhbət edib. 

Onlar təəssüflə bildiriblər ki, işğal edilən torpaqlar tamamilə dağıdılıb, ancaq növbəti dəfə yenu tutulacaq ərazilər Ermənistanın iqtisadiyyatı üçün istifadə ediləcək. Aleksanyan etiraf edib ki, azərbaycanlı əsirlər gərək geri qaytarılmayaydı, onlar işləməyə məcbur edilməli idi. 

Xatırladaq ki, Artur Aleksanyan 1987 -ci ildə DQMV-nin Ermənistana birləşdirilməsi üçün imzalar toplayıb və gizli olaraq separatçı hərəkatı hazırlayıb. 

O, həmçinin Birinci Qarabağ Müharibəsində Azərbaycana qarşı döyüşüb, "DQR" artilleriya komandirinin müavini olub.

Proqramın aparıcısı Qaqik Qinosyan da Birinci Qarabağ Müharibəsinin iştirakçısıdır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO