Ermənistanda rus hərbçilər qəzaya düşdü: Ölən və yaralılar var

Ermənistanda rus hərbçilər qəzaya düşdü: Ölən və yaralılar var

Hazırda oxunan: Ermənistanda rus hərbçilər qəzaya düşdü: Ölən və yaralılar var

31750

Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı Rusiya hərbi bazasının hərbçiləri qəzaya düşüb.

Bizim.Media xəbər verir ki, hadisə Gümrü-İrəvan magistral yolunda baş verib.

Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumatı təsdiqləyib. Bildirilib ki, qəza nəticəsində bir hərbçi ölüb, 4 hərbi qulluqçu isə yaralanıb.

İlkin məlumata görə, rusiyalı hərbi qulluqçu şəxsi avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi xəndəyə aşıb.

Hərbçilərdən biri aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib, digərləri xəstəxanaya yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO