Ermənistan prezidenti: «Azərbaycana qarşı çıxacaq ordumuz yox idi»

Ermənistan prezidenti: «Azərbaycana qarşı çıxacaq ordumuz yox idi»

Hazırda oxunan: Ermənistan prezidenti: «Azərbaycana qarşı çıxacaq ordumuz yox idi»

3175

"1994-cü ildə biz qalib dövlət idik, bütün dünya, avropalılar, NATO bölgədəki ən güclü orduya sahib olduğumuzu düşünürdü. Qarabağda əhali 100 minə çatırdı, 26 ildən sonra orada 500 və ya 600 min adamın yaşaya biləcəyini düşünürdüm. Bunun mümkün olduğuna əmin idim. Ancaq olmadı".

Bizim.Media xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan bildirib. Sarkisyan Ermənistanın ordu quruculuğundakı başarsızlığını da etiraf edib.

"Bu illər ərzində Azərbaycana qarşı çıxa biləcək ordu yarada bilmədik . Bizdə hərbi texnika, təşkilatçılıq yox idi".

Onun sözlərinə görə, Ermənistan siyasi cəbhədə də məğlub oldu:
 
"Diplomatik korpuslarımız 3-4 qat daha yaxşı maliyyələşdirilməli idi. Türkiyə və Azərbaycan diplomatiyasını gücləndirmək üçün heç nəyi əsirgəmədi".

Sarkisyan, erməni mediasını da tənqid edib. O deyib ki, Ermənistan informasiya müharibəsində də məğlubiyyət yaşayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO