\

\"Ərazi mübadiləsini istisna etmirəm\" – Erməni deputat Qazaxın 7 kəndindən danışdı

Hazırda oxunan: \"Ərazi mübadiləsini istisna etmirəm\" – Erməni deputat Qazaxın 7 kəndindən danışdı

31466

Tavuş bölgəsində Azərbaycanın və Ermənistanın nəzarətində olan bir sıra torpaqlar var. 

Bizim.Media xəbər verir ki, bu fikirləri "Vətəndaş Müqaviləsi" parlament fraksiyasının üzvü Vaqe Qalumyan səsləndirib.

O, bu ərazilərin dəyişdirilməsinin mümkünlüyünü istisna etməyib. 

Ermənistan baş nazirinin Ermənistan-Azərbaycan sərhədi boyunca Rusiya sərhədçilərinin yerləşdirilməsi ilə bağlı təklifinə toxunan Qalumyan KTMT ilə razılaşmanın olduğunu, buna görə sərhəd problemi yarandıqda NATO-ya oxşar qurumun müdaxilə etmək məcburiyyətində qaldığını qeyd edib.

Deputat rus sərhədçilərinin Tavuş bölgəsinə yerləşdirilməsindən xəbəri olmadığını deyib:

“Amma sülhə bu yolla nail olunacaqsa, elə bu yolla da getmək lazımdır”.

Onun sözlərinə görə, uzunmüddətli sülh yaratmaq üçün demarkasiya və delimitasiya komissiyası yaradılmalı, sərhəddə mövcud maneələr aradan qaldırılmalıdır.

"Azərbaycanlılarla dostluğun qiymətini bilirik". Tavuş sakinləri keçmiş anklavlar mövzusunu artıq bağlı hesab edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO