Ermənistanın panorama.am saytının fotoqrafı Lilian Qalstyanın parlamentdə işləməsinə qadağa qoyulub.
Bizim.Media “armeniasputnik.am” saytına istinadən xəbər verir ki, bu barədə Qalstyanın işlədiyi redaksiyaya parlament aparatından qadağanın səbəblərini göstərən məktub gəlib.
Qadağaya səbəb kimi isə, Ermənistan parlamenti sədrinin qərarının 1-ci əlavəsinin 2.8-ci bəndi göstərilib.
Belə ki, həmin bəndə görə xüsusi mühafizə olunan obyektlərdə, eyni zamanda Parlament binasında təhlükəsizlik işçilərinin foto və video çəkilişlərinin aparılması qadağan edilib.
Qeyd edək ki, sözügedən qadağa iyulun 30-da Alen Simonyan tərəfindən hələ parlamentdə spiker təyin olunmamışdan əvvəl qəbul olunub.
Nəticədə parlamentin ilk iş günündə əraziyə gələn jurnalistlər xoşagəlməz sürprizlərlə qarşılaşıblar. Belə ki, media mənsubları parlament ətrafında sərbəst hərəkət etməkdən və deputatlardan müsahibə almaqdan məhrum olublar. Hətta parlamentdə kabinetlərarası dəhlizdə gediş-gəliş tam şəkildə məhdudlaşdırılıb.
Bizim.Media
- A-
- A
- A+
Region
14:05 / 05.08.2021
Ermənistan parlamentində qadağa – ZƏRBƏ JURNALİSTLƏRƏ DƏYDİ
Hazırda oxunan: Ermənistan parlamentində qadağa – ZƏRBƏ JURNALİSTLƏRƏ DƏYDİ
Hazırda oxunan: Ermənistan parlamentində qadağa – ZƏRBƏ JURNALİSTLƏRƏ DƏYDİ
31301
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.