Seyran Ohanyandan ŞOK AÇIQLAMA: “Azərbaycanla heç vaxt sülh olmayacaq”

Seyran Ohanyandan ŞOK AÇIQLAMA: “Azərbaycanla heç vaxt sülh olmayacaq”

Hazırda oxunan: Seyran Ohanyandan ŞOK AÇIQLAMA: “Azərbaycanla heç vaxt sülh olmayacaq”

31281

“Hakimiyyətə gəldikdən sonra, təcrübə çatışmazlığından dövlət idarəçiliyinin bütün sahələrində səmərəliliyinin aşağı düşdüyü nöqtədəyik”.

Bizim.Media “news.am” saytına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan parlamentdə çıxışı zamanı bildirib. 

Belə ki, iqtidarda olan “Vətəndaş Müqaviləsi” fraksiyasını tənqid edən Ohanyan ölkənin ordu quruculuğunun da istənilən səviyyədə olmamasından gileylənib: 

“Uğursuzluqlar yeni hökumətin Ermənistan ordusunun daha əvvəl əldə etdiyi uğurlara, eləcə də əvvəlki illərdə Qarabağla bağlı danışıqlar prosesində qeydə alınan nailiyyətlərə diqqət yetirməməsindən qaynaqlanır. Ordu haqqında danışarkən hər zaman məxfilik prinsipi nəzərə alınmalı və rəhbərliyə ləkə gəlməməlidir. Erməni əsgəri heç vaxt ac olmayıb. Bəli, bəlkə də qida problemlərinin yaşana biləcəyi kiçik qanunauyğunsuzluqlar olub”. 

Keçmiş nazir çıxışı zamanı Azərbaycanla sülhün əldə olunması məsələsinə də toxunub: 

“Azərbaycanla sülhdən nə qədər danışsalar da, əsl sülhün olmayacağını başa düşmək lazımdır. Biz sülhə necə nail olacağımızı düşünməli və onun təməllərini hansı yolla qoya biləcəyimiz sualına cavab tapmalıyıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO