Tbilisidə Mahatma Qandinin eynəyini oğurladılar

Tbilisidə Mahatma Qandinin eynəyini oğurladılar

Hazırda oxunan: Tbilisidə Mahatma Qandinin eynəyini oğurladılar

31203

Paytaxt meri Kaxa Kaladze Tbilisi şəhər şurasının iclasında şəhərdəki vandalizm faktlarından danışıb.

Bizim.Media gürcü mətbuatına istinadən xəbər verir ki, mer son olayı böyük hörmətsizlik adlandırıb.

Kaladze bildirib ki, Tbilisidə Hindistanın siyasi və ictimai lideri Mahatma Qandinin heykəlinə qarşı vandalizm aktı törədilib.

Kaladze təəssüflə qeyd edib ki, abidəyə zərər yetirilib və heykəldən eynək oğurlanıb. 

Xatırladaq ki, bu ilin iyul ayının 10-da M.Qandinin heykəlinin Tbilisinin Varketili rayonunda Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankarın bu ölkəyə səfəri zamanı açılışı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO