Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının yeni KOMANDANI – FOTO

Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının yeni KOMANDANI – FOTO

Hazırda oxunan: Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının yeni KOMANDANI – FOTO

31184

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Ali Hərbi Şurasının (AHŞ) qərarı ilə Türkiyə Silahlı Qüvvələrində (TSK) Quru Qüvvələri komandanı vəzifəsinə general Musa Arseveri təyin edib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın bu gün AHŞ-nin 2 saata yaxın davam edən iclasından sonrakı açıqlamasında bildirib.

İbrahim Kalın deyib ki, AHŞ-nin qərarı ilə hava və dəniz qüvvələri komandanlarının vəzifə müddətləri uzadılıb.

44 general və admiralın vəzifə müddətləri bir il, 320 polkovnikin vəzifə müddəti isə 2 il uzadılıb.

30 avqust 2021-ci ildən qüvvədə olmaq etibarilə 17 general və admiralın rütbəsi bir dərəcə artırılıb, 56 polkovnikə isə general və admiral rütbəsi verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO