Yanğınsöndürənlərimiz Denizlidə əməliyyatlara başladı

Yanğınsöndürənlərimiz Denizlidə əməliyyatlara başladı

Hazırda oxunan: Yanğınsöndürənlərimiz Denizlidə əməliyyatlara başladı

31081

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin növbəti yanğın-xilasetmə qrupu hazırda qardaş Türkiyə Respublikasındadır.

Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlıların yanğınla mübarizəsi - Türkiyədən son VİDEO


Məlumata görə, bu gün axşam saatlarında qrup təyinat məntəqəsinə doğru irəliləyərkən Denizli bölgəsində meşədə qəfil yanğın ocaqlarının yaranması və ətraf ərazilər üçün ciddi təhlükə törətməsi səbəbindən qrupun hərəkət istiqamətinin dəyişdirilərək operativ qaydada Denizli istiqamətinə yönəldilməsi qərara alınıb.

Denizlidə yaranmış yanğın ocaqlarına çevik müdaxilə edən yanğın-xilasetmə qrupumuz hazırda həmin ərazidə yanğınların söndürülməsi əməliyyatlarını icra edir.

Ərazidə qüvvələrin fəaliyyətinin koordinasiya edilməsi və qarşılıqlı əlaqənin təmin edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda Denizlidədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO