Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə Prezidenti Armen Sarkisyana xarici işlər naziri vəzifəsinə Mqer Qriqoryanın təyin olunmasını təklif edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Aysor” nəşri yayıb.
Mənbə yazır ki, Nikol Paşinyan səhiyyə naziri postuna Anait Avanesyan, fövqəladə hallar naziri vəzifəsinə Andranik Piloyan, təhsil, elm, mədəniyyət və idman naziri postuna Vaqram Dumanyan, iqtisadiyyat naziri vəzifəsinə isə Vaqan Kerobyanın təyin olunmasını təklif edib.
Bundan başqa, Nikol Paşinyan ədliyyə naziri vəzifəsinə Karen Andreasyan, maliyyə naziri postuna isə Tiqran Xaçatryanın təyinatı ilə bağlı təklif irəli sürüb.
Ermənistan Prezident Administrasiyasından bildirilib ki, xarici işlər nazirinin təyinatı ilə bağlı təklif aparata daxil olmayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
13:41 / 03.08.2021
Ermənistanın xarici işlər naziri bu şəxs olacaq – Paşinyanın TƏKLİFİ
Hazırda oxunan: Ermənistanın xarici işlər naziri bu şəxs olacaq – Paşinyanın TƏKLİFİ
Hazırda oxunan: Ermənistanın xarici işlər naziri bu şəxs olacaq – Paşinyanın TƏKLİFİ
31000
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.