Gürcüstan azərbaycanlıları “ov” və “yev” soyad sonluqlarından imtina edir

Gürcüstan azərbaycanlıları “ov” və “yev” soyad sonluqlarından imtina edir

Hazırda oxunan: Gürcüstan azərbaycanlıları “ov” və “yev” soyad sonluqlarından imtina edir

30857

Gürcüstan parlamentinin Prosedur məsələlər və qaydalar Komitəsində ölkədə yaşayan etnik azərbaycanlıların təşəbbüs qrupunun qeydiyyatı məsələsi dəstəklənib.

Bizim.Media xəbər verir ki, bu barədə qanunverici orqanın Mətbuat xidməti məlumat yayıb.

Təşəbbüs qrupunun üzvləri olan Gürcüstanın Azərbaycan əsilli vətəndaşları özlərinin əsl, autentik soyadlarını bərpa və “ov”, “yev” və digər qeyri-autentik soyad sonluqlarından imtina etmək istəyirlər və bununla bağlı “Vətəndaş aktları barədə” Qanuna düzəlişlər tələb edirlər.

Məsələ ilə bağlı müvafiq qanunvericilik təklifi hazırlanacaq və layihə ən azı 25 min seçicinin təşəbbüsü ilə parlamentə təqdim olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO