Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən “Belıye noçi” (Bəyaz gecələr) otelinin qarşısında kütləvi dava olub.
Bizim.Media xəbər verir ki, bu barədə REN TV telekanalı məlumat yayıb.
Mənbə bildirir ki, kütləvi davada 300 nəfərin iştirak edib.
MÖVZU İLƏ BAĞLI:
Rusiyada nazir davada aldığı xəsarətdən öldü - FOTO
Hadisə iştirakçılarının əksəriyyəti Özbəkistandan gələn miqrantlar və çeçen əsilli Rusiya vətəndaşları olub.
İnsident səhər saatlarında baş verib. Qarşıdurma nəticəsində xəsarət alanların olduğu deyilir.
Son məlumata əsasən, polis 70 nəfəri saxlayıb.
Bizim.Media