“Naxçıvanla sərhəddə və Xocavənddə döyüşlər gedir” – Erməni blogerin növbəti FEYK XƏBƏRİ 

“Naxçıvanla sərhəddə və Xocavənddə döyüşlər gedir” – Erməni blogerin növbəti FEYK XƏBƏRİ 

Hazırda oxunan: “Naxçıvanla sərhəddə və Xocavənddə döyüşlər gedir” – Erməni blogerin növbəti FEYK XƏBƏRİ 

0:00
0:00
29991

“Hazırda Armaş ərazisində döyüşlər gedir. Bura Yerasx yaxınlığında (Naxçıvanın Sədərək rayonu ilə sərhəddə) yerləşən bir kənddir. Tezliklə orada olacağıq, əsgərlərə dəstək verəcəyik və baş verənlərin təfərrüatlarını izah edəcəyik”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinə çalışan və orada əsgərlərimizə qarşı atəş açan ermənilərə dəstək adı ilə Telegram kanalında aksiya keçirən erməni bloger Mikael (Mika) Badalyan yazıb. 

Onun sözlərinə görə, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının və Laçında yerləşən Rusiya sülhməramlı qüvvələrinin postu erməni hərbi personalı ilə Azərbaycan arasındakı atışmanı sadəcə müşahidə edir: 

“Erməni tərəfdən bir yaralı barədə bizə məlumat verilib. Rusiya sülhməramlıları hazırda bu münaqişədə iştirak etmir. Döyüş Ermənistan vaxtı ilə saat 14: 51-də başlayıb. Həmçinin Qarabağda, Xocavənd bölgəsində azərbaycanlı hərbçilərlə erməni əsgərlər arasında atışma gedir. Döyüşdə Azərbaycan tərəfi texnikadan istifadə edir”. 

Xatırladaq ki, bu informasiyalar nə Ermənistan, nə də Azərbaycan tərəfindən təsdiq edilib. Görünür bu, Mika Badalyanın növbəti feyk xəbəridir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO