\

\"Sülh sazişindən sonra Ermənistan Rusiya və Türkiyənin zonalarına bölünəcək\" – ERMƏNİ POLİTOLOQ

Hazırda oxunan: \"Sülh sazişindən sonra Ermənistan Rusiya və Türkiyənin zonalarına bölünəcək\" – ERMƏNİ POLİTOLOQ

29848

“Sülh yalnız müharibəyə hazırlaşmaqla əldə edilə bilər. Ermənistanın hazırkı hakimiyyəti isə sülhə nail olmaq fikrində deyil”.

Bizim.Media xəbər verir ki, bunu erməni politoloq Edgar Elbakyan "TALK TIME" verilişində qonaq olarkən deyib.

Onun fikrincə, mövcud hökumət özünün savadsız siyasəti ilə yalnız yeni müharibəyə səbəb ola bilər. 

“Zəifsənsə, düşmən bundan istifadə edəcək. Arxanı bir yırtıcıya çevirsən və ondan qaçmağa başlasan, yırtıcının əvvəlcə içindəki instinkti oyanar və səni ov kimi təqib etməyə başlayar. Əgər sən insansansa, o isə dörd ayaqlı yırtıcıdırsa, kinetik sürətə, bədən çəkisinə əsaslanaraq, mütləq sənə çatacaq”, deyə Elbakyan əlavə edib.

Ekspert bölgədə və xüsusən də Ermənistanda vəziyyətin sonrakı inkişafı üçün yalnız iki ssenarinin olduğunu düşünür. 

O, hesab edir ki, Ermənistan hakimiyyəti ya Azərbaycanla uğursuz sülh müqaviləsini imzalayacaq, ya da imzalamayacaq. 

“İmzalayarlarsa, Ermənistan 100 il əvvəl İranın Rusiya və Britaniyanın təsir zonalarına bölündüyü kimi, Türkiyə ilə Rusiya arasında iqtisadi zonalara bölünəcək. Rusiyanın da kifayət qədər problemi var, Türkiyəyə uduzur, deməli Ermənistan tədricən, heç olmasa iqtisadi baxımdan Türk dünyasının əlinə keçəcək”, deyə politoloq izah edib.

“Proses belə davam edərsə, bölgədə Ermənistan və Azərbaycan arasında daima gərginlik yaranacaq. Bəzi yerlərdə intensivləşəcək, ya da azalacaq. Buna baxmayaraq, gərginlik ümumiyyətlə qalacaq. Ordumuzu yenidən qurana qədər yaxşı heç nə olmayacaq”, deyə Elbakyan fikirlərini yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO