Marneulidə baş verən insidentlə bağlı bir nəfər saxlanıldı - VİDEO

Marneulidə baş verən insidentlə bağlı bir nəfər saxlanıldı - VİDEO

Hazırda oxunan: Marneulidə baş verən insidentlə bağlı bir nəfər saxlanıldı - VİDEO

29746

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo-Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları, keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 1999-cu il təvəllüdlü şəxsi xuliqanlıq ittihamı ilə saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs Marneulinin Rustaveli küçəsində 2005-ci il təvəllüdlü şəxsə qarşı şifahi və fiziki güc tətbiq edib. Daha sonra cinayətkar həmin şəxsin anası olan 1969-cu il təvəllüdlü S.A. ilə qarşıdurma yaşayıb. Qarşıdurma zamanı təqsirləndirilən şəxs soyuq silahdan istifadə edərək qadını qolundan yaralayıb və hadisə yerindən qaçıb.

Xəsarət alan qadın xəstəxanaya çatdırılıb və müvafiq müalicə alıb sonra klinikadan evə buraxılıb. Qadının səhhətinin qənaətbəxş olduğu bildirilir.

Sözügedən faktla bağlı Cinayət Məcəlləsinin 239-cu maddəsinin 3-cü hissəsi ilə cinayət işi açılıb. Saxlanılan şəxsi 4 ildən 7 ilədək həbs cəzası gözləyir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO