Seyran Ohanyan Paşinyanı devirməyə çağırdı – Ermənistan dağılır

Seyran Ohanyan Paşinyanı devirməyə çağırdı – Ermənistan dağılır

Hazırda oxunan: Seyran Ohanyan Paşinyanı devirməyə çağırdı – Ermənistan dağılır

29713

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan düşünür ki, sabiq prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” müxalifət bloku son erkən seçkilərdə əhəmiyyətli bir uğur qazanıb. Onun fikrincə, ölkənin böyük əksəriyyəti onlara səs verib.

Bizim.Media xəbər verir ki, bunu Ohanyan erməni jurnalistlərə verdiyi müsahibədə deyib.

O, əlavə edib ki, müxalifət başladığı mübarizəni davam etdirməli, yorulmadan çalışmalı, hakimiyyət dəyişikliyinə nail olmalıdır:

“Eyni zamanda Vətəni qurtarmaq üçün özümüzü və ambisiyalarımızı qurban verməyə hazır olduğumuzu göstərməliyik".

Keçmiş nazir hələ də ümid edir ki, "mövcud hökuməti unutmağın yeganə yolu onu batırmaqdır”.

Xatırladaq ki, Ermənistan mediası “Ermənistan” blokunun lideri Robert Köçəryanın bir vaxtlar deputat olduğunu, ancaq təbiətcə özünü icraedici şəxs hesab etdiyindən deputat mandatını almadığını yazmışdı. 

İndi parlamentdəki müxalifət bloku fraksiyasına Ohanyan rəhbərlik edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO