Paşinyanın çəkici Ermənistanın öz başına enəcək - Erməni mediası

Paşinyanın çəkici Ermənistanın öz başına enəcək - Erməni mediası

Hazırda oxunan: Paşinyanın çəkici Ermənistanın öz başına enəcək - Erməni mediası

29704

“Müxalifət iddia edir ki, mandatlar mübarizəni davam etdirmək üçün bir vasitədir  və "yeni keyfiyyət" göstərəcəyini vəd edir. Gözləyək, ancaq "Hayastan" və "Mənim şərəfim var" fraksiyalarından olan deputatların özlərini siyasi repressiyanın mərkəzində tapacaqları açıq-aşkar görsənir. Yalnız onlar deyil, ailə üzvləri və yaxın qohumları da. Paşinyan isə dayanmayacaq, "polad çəkic" siyasi rəqiblərinin başını daim döyəcək!”.

Bizim.Media xəbər verir ki, “yerkramas.org” saytında yerləşdirilən bu fikirləri “Ermənistanın Səsi" nəşrində Qaspar Adamyan yazıb.

Məqalənin aktuallığını nəzərə alaraq onu sizə təqdim edirik:

“Prezident dərhal təyin edəcək...

Dörd siyasi qüvvənin iddiaları ilə bağlı proses başa çatdıqdan dərhal sonra Konstitusiya Məhkəməsində 8-ci çağırış parlamentin ilk iclasının 2 avqustda baş verəcəyi ilə bağlı proqnozlar ortaya çıxıb.

Həmin gün Paşinyan Baş nazir postuna təyin ediləcək. Bəli, təyin ediləcək, bu vəziyyətdə səsvermə baş tutmayacaq. Konstitusiyanın 90-cı maddəsinə (5-ci bənd) əsasən erkən seçkilər olduğu təqdirdə mövcud parlamentin səlahiyyət müddəti bitir və yeni seçilmiş parlamentin funksiyası yeni seçilmiş parlamentin ilk iclasının açıldığı andan başlayır. Bu iclas yeni seçilmiş parlamentin formalaşmasından sonra ikinci bazar ertəsi günü çağırılmalıdır.

149-cu maddədə deyilir: "Yeni seçilmiş parlamentin səlahiyyət müddəti başladıqdan sonra Respublika Prezidenti dərhal Konstitusiyanın 89-cu maddəsi ilə müəyyən edilmiş qaydada formalaşdırılan parlamentdə səs çoxluğu qazanan bir namizədi Baş nazir təyin edir”.

Alen Simonyanın parlamentin sədri olacağı artıq məlumdur. Əsas Qanunun 150-ci maddəsinə görə, hökumət Baş nazir təyin olunduqdan sonra 15 gün ərzində qurulacaq.

"Baş nazir, vəzifəyə təyin olunduqdan sonra beş gün ərzində Respublika Başçısına Baş nazir müavinlərinə və nazir vəzifələrinə namizədlər təklif edir. Prezident ya Baş nazir müavinlərini və Nazirləri təyin edir, ya da Konstitusiya Məhkəməsinə müraciət edir. Konstitusiya Məhkəməsi də müraciəti nəzərdən keçirir və beş gün müddətində qərar verir. Prezident bu maddədə göstərilən tələbləri üç gün ərzində yerinə yetirməzsə, baş nazirin müavini və ya nazir qanunla təyin edilmiş sayılır”. 

Erkən seçkilər və parlament çoxluğunun tərkibi totalitar rejimin parlamentli respublika adı altında işləməsi ilə bağlı bütün mənfi proqnozları əsaslandırıb. 20 iyun səsverməsinin nəticələri yekunlaşdıqdan sonra bu rejim Stalinist siyasi repressiya modelini tamamilə bərpa edib, yerli liderlərin ovuna başlayıb və nəticədə Zəngəzur mahalında (Sünik vilayəti) bütün böyük icmaların rəhbərləri həbs olunub.

Zəngəzur və Göyçə (Gegharkunik) mahallarının Azərbaycanla sərhədində baş verən insidentlər şəraitində, diktator (Paşinyan nəzərdə tutulur) silahlı qüvvələrin komanda heyətinin üzvlərinə qarşı repressiyalar həyata keçirir və hərbi keçmişi olan təcrübəli zabitlər silahlı qüvvələrdən qovulur. Saysız-hesabsız qanun pozuntuları ilə seçilən parlamentin ilk iclasının başladığı şərtlər bunlardır! Paşinyanın baş nazir vəzifəsinə təyin edilməsi həm daxili ədalətin, həm də bütün sivil Avropanın göz yumduğu siyasi repressiya şəraitində baş verəcəkdir! ABŞ səfirliyindən müxalifətin müraciətinə cavab olaraq göndərilən son məktubda deyilir ki, “hamımız vəziyyəti görürük və müşahidə edirik”.

Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına laqeydliyi bunun ən bariz təsdiqidir. 

Müstəqil media oktyabr ayından sonra repressiyaya məruz qalacaq

Repressiyanın yeni parlamentin işə başlaması ilə və Nazirlər Kabineti qurulduqdan sonra qurtaracağına inanmaq sadəlövhlükdür. Paşinyanın yeni hökuməti yeni parlamenti kimi təsirsiz olacaq. Bu bacarıqsızlıq yalnız total repressiya sayəsində gizlədilə bilər. Kapitulyator və qulluqçuları bütün künclərdə qışqırırlar ki, xalq diktaturanı tanımayanlara qarşı repressiyalar üçün onlara "polad mandat" verib. Bu saxta formulyasiya daha sərt repressiyaların ideoloji əsasına çevrilib və bu səbəbdən yerli liderlərin siyasi motivli təqibləri sentyabr və oktyabr aylarında özünüidarə orqanlarına edilən seçkilərə qədər davam edəcək və bundan sonra müxalifət mediası hücumlara məruz qalacaq.

Bu gün gördüklərimiz qaçış üçün bir başlanğıcdır. Mixail Saakaşvilinin Gürcüstanda apardığı təzyiqlərə bənzər total repressiyalar yerli seçkilər bitdikdən sonra oktyabr ayında başlayacaq.

Hərbi komandirlər, məşhur həkimlər və amaynkapetlərdən sonra siyasi müxalifətin tərəfində olan adi vətəndaşlar terrorun qurbanına çevriləcəklər. Cəmiyyət bir çox həbs haqqında məlumat əldə edə bilməyəcək. Seçkidən keçən bir ayda niyə yalnız müxalifət bloklarının nümayəndələri rüşvət vermək ittihamı ilə mühakimə olunub, məgər “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələri rüşvət verməyib?”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO