Xəbər verdiyimiz kimi, Gürcüstanda NATO-nun “Agile Spirit 2021” adlı hərbi təlimləri keçiriləcək. Təlimlərin keçirilməsində məqsəd ABŞ, Gürcüstan, müttəfiqlər və regional tərəfdaşların hərbi qüvvələrinin hazırlığının və qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsidir.
Bizim.Media xəbər verir ki, Azərbaycandan fərqli olaraq Ermənistan bu təlimlərdə iştirakdan imtina edib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan ordusunun əsgəri ağır xəsarət aldı
ABŞ ordusunun Mətbuat xidmətinin məlumatına əsasən, hərbi manevrlərdə 15 müttəfiq və tərəfdaş ölkə - Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan 2 500-ə yaxın hərbi heyət iştirak edəcək.
Bizim.Media