«Kəlbəcərdə onlarla ev yanır,ermənilər hər şeyi söküb özləri ilə aparır».
Bizim.Media xəbər verir ki, bu fikirlər İsveçrənin “Le Temps” qəzetində dərc olunan məqalədə əksini tapır.
Yazıda deyilir ki, Ermənistan hökuməti vaxtilə aldadıcı vədlərlə erməniləri Kəlbəcərdə qanunsuz məskunlaşdırıblar.
Kəlbəcərdə məskunlaşmış və hazırda oranı tərk edən ermənilərlə aparılan söhbətlər zamanı onların müxtəlif vədlərlə buraya gətirildiklərini bildiriblər.
''Marut adlı erməni yaxınlıqda yanmış evi göstərərək, qonşusu Aleksin əvvəllər İtaliyada yaşadığını və erməni hökumətinin köməyi ilə Kəlbəcərə gəlib məskunlaşdığını deyib''.
''Hacik isə əvvəllər Avstraliyada yaşadığını etiraf edib».
“Le Temps”ın jurnalisti Kəlbəcərdə ermənilərin evləri yandırdığını və ağacları kəsdiyini də vurğulayıb.
Qeyd edilir ki, əldə edilmiş razılaşmaya görə Kəlbəcər Azərbaycana təhvil verilir. Rəsmi Bakı rayonu boşaltmaq üçün Ermənistana noyabrın 25-dək vaxt verib.
Bizim.Media