Qarabağ erməniləri Abxaziyaya yerləşdirilir

Qarabağ erməniləri Abxaziyaya yerləşdirilir

Hazırda oxunan: Qarabağ erməniləri Abxaziyaya yerləşdirilir

2810

Əldə etdiyimiz məlumatlara görə, Qarabağdan köçən bir qrup erməninin Abxaziyaya yerləşdirilməsi üçün hazırlıq işləri gedir. Onlar əsasən Rusiya üzərindən Abxaziyaya keçid alacaqlar.

Abxaziya əhalisinin 45 min nəfəri abxaz, 90 mini isə ermənidir. Qarabağ ermənilərinin bu bölgəyə yerləşdirilməsi xəbəri abxazlar arasında xüsusi əndişə yaradıb.

Bizim.Media Gürcüstandakı mənbələrə istinadən xəbər verir ki, Qarabağdan köçən ermənilərin müxtəlif yollarla Abxaziyada yerləşdirilməsi rəsmi Tbilisini də narahat etməyə başlayıb.

Onlar sepatatçı rejimin rəhbərinin keçmiş köməkçisi Axra Avidzbanın çağırışlarına da kəskin reaksiya veriblər.

Gürcü tarixçi Quram Marxuliya isə bildirib ki, bu ermənilərin çoxdankı planına uyğun şəkildə aparılır. Onlar Gürcüstan ərazilərini zəbt edərək dənizə açılmaqla “Böyük Ermənistan” yaratmaq iddiasındadırlar. Ayrı-ayrı vaxtlarda Gürcüstanın Samtsxe Cavaxeti bölgəsində də ermənilər belə iddialarla çıxış edirlər.

Axra Avidzbanın çağırışları ilə bağlı gürcü ictimaiyyəti isə abxazlara bildirib ki, Abxaziyanı Qarabağın aqibəti gözləyəcək.

Ermənilər bu gedişlə Qarabağda olduğu kimi Abxaziyada da ərazi iddiaları irəli sürəcəklər.

Xatırladaq ki, bir neçə gün öncə Axra Avidzba sosial media hesabında siyasətçiləri, diaspor və digər icma üzvlərini Qarabağdan köçən erməniləri Abxaziyada məskunlaşdırmağa çağırıb:

O çağırışında “Əcdadlarımızın tarixdə dəfələrlə etdikləri kimi çətin vəziyyətdə olan insanlara yardım etməliyik. Ən çətin məqamda onlara əl uzatmalıyıq”, deyib.

Təranə Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO