Ermənilər Azərbaycan torpaqlarını zəbt etməklə bərabər zəngin mədəniyyətimizə də göz dikiblər. Onlar müxtəlif vaxtlarda Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, rəqs havaları, folklor və digər qeyri-maddi mədəni irs nümunələrini öz adlarına çıxarmağa çalışıblar.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə evinə qayıdan erməni əsirinin Azərbaycanın oyun havaları olan “Heyvagülü” və “Yallı” ilə qarşılanmasını əks etdirən videogörüntü paylaşılıb.
MÖVZU İLƏ BAĞLI:
Əsirlərimizə işgəncə verən ermənilər Azərbaycan xalqından üzr istədi
Görüntülərdə erməni xislətinin növbəti təzahürü öz əksini tapıb. Milli musiqimizin sədaları altında əsirlikdən qayıdanı toy-bayramla qarşılayan sadə erməni vətəndaşları bu mənzərə ilə bütün mənalarda Azərbaycana məğlub olduqlarını və daha müharibə istəmədiklərini ifadə ediblər.
Videogörüntünü təqdim edirik:
Alçina Amilqızı, Bizim.Media