Oxçuçayı çirkləndirən alman kombinatı bağlandı - DETALLAR 

Oxçuçayı çirkləndirən alman kombinatı bağlandı - DETALLAR 

Hazırda oxunan: Oxçuçayı çirkləndirən alman kombinatı bağlandı - DETALLAR 

27844

Ermənistan hüquq-mühafizə orqanları bu gün səhər tezdən Zəngəzur mahalındakı (Sünik vilayəti) Zəngəzur mis-molibden kombinatında axtarışlar aparır.  

Bizim.Media xəbər verir ki, bu barədə vəkil Robert Ayrapetyan “Facebook”da yazıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Zəngilanlılar Oxçuçayla bağlı Almaniya səfirinə müraciət etdi


Məlumata görə, kombinatın səhmdarlarından biri "Ermənistan" blokunun siyahısı ilə parlamentə namizəd olan Sünikin keçmiş qubernatoru Vaqe Akopyandır. 

Erməni mətbuatı qeyd edir ki, seçki kampaniyası dövründə Sünikdə çıxış edən Paşinyan zavod rəhbərliyini işçilərin siyasi baxışlarına təsir göstərməyə çalışmaqda, onları müxalifət mitinqlərinə getməyə məcbur etməkdə və ya Paşinyanın seçki iclaslarında iştirakını qadağan etməkdə günahlandırıb.  

Baş nazir deyib ki, yerli oliqarxlar Zəngəzur kombinatındakı paylarını itirəcəklər. 

Xatırladaq ki, bir gün əvvəl Azərbaycan mediası Ermənistandan Azərbaycana axan və Araz çayına tökülən Oxçuçay çayının çirklənməsi barədə bir sıra məqalələr dərc etmişdi.

Məqalədə qeyd edilirdi ki, kritik həddə çatan çirklənməni tarixi Zəngəzur mahalında yerləşən iki erməni müəssisəsi (Zəngəzur mis-molibden kombinatı və Qafan mədən və emal kombinatı) həyata keçirir. Mövcud məlumatlara görə, Zəngəzur mis-molibden kombinatı Almaniyanın CRONIMET Holding GmbH şirkətinin törəməsidir. 

Uzunluğu 83 km olan Oxçuçay çayı Araz çayının sol qoludur. Zəngəzur silsiləsinin Qapıciq dağından (3.285 m) başlayır. Əksəriyyəti Ermənistanın Sünik bölgəsindədir. Çayın aşağı axını bu yaxınlarda erməni işğalından azad edilmiş Zəngilandan keçir və Araza tökülür. Və bu çayın Ermənistan tərəfindəki kanalda yerləşən iki yataqdan çirkab suları axıdılır ki, bu da yalnız bu çayın özünün deyil, həm də axdığı Arazın da çirklənməsi problemini yaradır. Ümumiyyətlə məlumdur ki, ağır metalların duzlarının əksəriyyəti ətraf mühitə mədən və emal müəssisələrinin fəaliyyəti nəticəsində daxil olur.

Bu, Ermənistanın ən böyük mədən müəssisələrindən birinin Sünik bölgəsində, Oxçuçay çayının mənbəyində (Ermənistanda Voqçi çayı adlanır) istehsal tullantılarını ilkin təmizlənmədən birbaşa çaya tökdüyünü düşünməyə əsas verir.  
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistanın Oxçuçayı zəhərləməsinə İran da münasibət bildirməlidir” - Deputatdan AÇIQLAMA 


“Armenian Civilnet” nəşrinin 2019-cu ilin noyabrında yayımladığı bir araşdırmaya görə, Zəngəzur mis-molibden kombinatının kölgə ortaqlarından biri, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni, Vatikandakı keçmiş Ermənistan səfiri Mikael Minasyandır. Zavodun direktoru Mqer Poloskov 2019-cu ilin sonunda rəsmi olaraq Mikael Minasyanın Zəngəzur mis-molibden kombinatında pay sahibi olmadığını elan etsə də, açıqlanan məlumatlar, xüsusən yeni səlahiyyətlilərin sonrakı ifşaları fonunda ciddi şübhələr doğurur.  

Paşinyanın mətbuat katibi Mane Gevorgyan isə 2020-ci ilin aprelində Minasyanın PanArmenian, Spayka (gəmiçilik şirkəti), Yerevan Mall, Şant TV stansiyası, Zəngəzur mis-molibden kombinatı, mobil rabitə şirkəti UCOM və başqa şirkətləri idarə etmək üçün “saxta səhmdarlardan” istifadə etdiyini bildirib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO