Rus hərbçilərinin bir hissəsi Göyçə mahalına gəlib – Erməni qubernator

Rus hərbçilərinin bir hissəsi Göyçə mahalına gəlib – Erməni qubernator

Hazırda oxunan: Rus hərbçilərinin bir hissəsi Göyçə mahalına gəlib – Erməni qubernator

27723

Ermənistan və Azərbaycan arasında yerləşdiriləcək Rusiya hərbçilərinin bir hissəsi artıq Göyçə mahalına (Geqarkunik vilayəti) gəlib.  

Bizim.Media xəbər verir ki, bu barədə vilayət qubernatoru Qnel Sanosyan mətbuat konfransında bildirib. 

Sanosyana görə, son vaxtlar sərhəddəki vəziyyətlə bağlı heç bir dəyişiklik yoxdur. 

O, ara-sıra bəzi insidentlərin olduğunu da gizlətməyib. 

"Ortaq bir proses davam edir. Bu müddətdə Rusiya hərbçiləri (bəziləri artıq bölgədədir) müəyyən bir mərhələdən sonra sərhəd boyunca yerləşdiriləcək. Ermənistan və Azərbaycan Silahlı Qüvvələri bu ərazilərdən çıxarılacaq. Bundan sonra yeni proses başlayacaq, müəyyən ərazilərdə dəqiqləşdirmələr aparılacaq”, deyə Sanosyan qeyd edib. 

Bundan əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib ki, Rusiya hərbçilərinin Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi ilə bağlı əsaslı müzakirələr aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO