Putin Paşinyanı təcili Moskvaya çağırdı -  ZƏNGƏZUR DƏHLİZİ AÇILIR? 

Putin Paşinyanı təcili Moskvaya çağırdı -  ZƏNGƏZUR DƏHLİZİ AÇILIR? 

Hazırda oxunan: Putin Paşinyanı təcili Moskvaya çağırdı -  ZƏNGƏZUR DƏHLİZİ AÇILIR? 

27599

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan 7 iyulda işgüzar səfərlə Moskvaya gedəcək.  

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti yayıb. Mənbə bildirir ki, səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparılacaq. 

Tərəflər Ermənistan-Rusiya strateji gündəminin məsələlərini, habelə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində Ermənistan, Rusiya və Azərbaycan liderləri tərəfindən imzalanmış Qarabağla bağlı üçtərəfli bəyanatların həyata keçirilməsini müzakirə edəcəklər. 

Paşinyan və Putin Qarabağda yaşayan ermənilərə humanitar yardımın göstərilməsi, bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpası (Zəngəzur dəhlizinin açılması) barədə fikir mübadiləsi aparacaqlar. 

Xatırladaq ki, Ermənistanın Baş naziri və Rusiya Prezidenti son dəfə 7 aprel tarixində Kremldə görüşüblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO