Trampın adamları Zəngəzurda – Yolun çəkilməsinə 145 milyon dollar ayrılacaq

Trampın adamları Zəngəzurda – Yolun çəkilməsinə 145 milyon dollar ayrılacaq

Hazırda oxunan: Trampın adamları Zəngəzurda – Yolun çəkilməsinə 145 milyon dollar ayrılacaq

274277

ABŞ gömrük-sərhəd xidmətinin təmsilçiləri Ermənistana səfər ediblər. 

Bizim.Media xəbər verir ki, Birləşmiş Ştatların İrəvandakı səfirliyi də bunu təsdiq edib. 
Qrup sentyabrın 29-dan oktyabrın 11-dək Ermənistan sərhəd qoşunları ilə birlikdə imkanları qiymətləndirəcək, təkmilləşdirmə sahələrini müəyyən etməyə çalışacaq.

Səfirlik bildirir ki, CGAP adlanan bu metodologiya ehtiyacları dəqiqləşdirməklə sərhəd təhlükəsizliyini möhkəmləndirməyə, strateji investisiyaları yönəltməyə kömək edir:

“Bu səfər avqustun 8-də Ağ Evdə prezident Donald Tramp və Ermənistanın baş nazir Nikol Paşinyanın imzaladığı memorandumun gerçəkləşdirilməsi yolunda ilk addımdır”.

 

ABŞ Ermənistan ərazisindən tranzit yolunun gerçəkləşməsi üçün 145 milyon dollar ayırmağı planlaşdırır. Söhbət Azərbaycanı Naxçıvan eksklavı ilə Ermənistanın Zəgəzur vilayətindən keçməklə birləşdirəcək marşrutdan gedir. Azərbaycan, Ermənistan və ABŞ liderlərinin avqustun 8-də Vaşinqtonda imzaladığı sənədlərdə “Tramp yolu”nun (TRIPP) çəkilməsi nəzərdə tutulub.

Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosundan Brendan Hanrahan Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla danışıqlar aparıb. Hanrahan danışıqlardan sonra bildirib: “İrəvanda böyük məmnuniyyətlə elan edirəm ki, Konqreslə işləyərək Ermənistana 145 milyon dollar yardım ayırmağı planlaşdırırıq. Bu, TRIPP-ni reallığa çevirmək yolunda ilk böyük addımdır”.

Yeri gəlmişkən, Prezident İlham Əliyev hələ iyulun sonunda deyib ki, Azərbaycan yükü və vətəndaşları Ermənistan sərhədçilərinin üzünü görməməlidir. 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın “TVP World” telekanalına müsahibəsində qeyd edib ki, Ermənistan və Azərbaycan nəqliyyat kommunikasiyalarını qarşılıqlı şəkildə blokdan çıxarmaq barədə razılığa gəlib: “Ermənistan Azərbaycanın dəmir yolu sisteminə, Azərbaycan isə Ermənistanın dəmir yolu sisteminə çıxış əldə edir. Söhbət həm yollardan, həm də başqa infrastrukturdan gedir. Bu sistemin bir hissəsi - Azərbaycan və Naxçıvan arasında ən qısa əlaqə TRIPP kimi fəaliyyət göstərəcək. Bu nə deməkdir? Ermənistan və ABŞ dəmir yolu marşrutunun inşaatçısı və əsas operatoru olacaq konsorsium yaradacaq. Konsorsium üçüncü tərəf şirkətləri cəlb edə və boru kəmərlərinin, elektrik kabellərinin və s. tikintisi və istismarı ilə məşğul ola biləcək. Hər şey qarşılıqlılığa əsaslanacaq: məsələn, biz Naxçıvan ərazisindən istifadə edərək Ermənistanın şimalını və cənubunu indi mövcud olmayan dəmir yolu ilə birləşdirə biləcəyik”. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO