“Son 4 il ərzində Gürcüstanda hakimiyyətin zorakı yolla dəyişdirilməsinə artıq beşinci cəhd olub, lakin altıncı cəhdə imkan verilməyəcək”.
Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Imedi telekanalının efirində bildirib.
O, deyib ki, dövlət, xarici qüvvələrin etiraz aksiyalarına verdiyi dəstəyə baxmayaraq, növbəti destabilizasiya dalğasının qarşısını uğurla alıb.
Kobaxidzenin sözlərinə görə, prezident iqamətgahına hücum edən və ya zorakılıqda iştirak edən hər kəs məsuliyyətə cəlb ediləcək:
“Biz altıncı, yeddinci cəhdi gözləyə bilmərik. Bizim vəzifəmiz növbəti qiyam barədə düşüncənin belə yaranmasına imkan verməməkdir”.
O həmçinin əlavə edib ki, hakimiyyət günahkarları müəyyənləşdirmək və yeni təhdidlərin qarşısını almaq üçün kifayət qədər resursa malikdir.
Bizim.Media