Xankəndidə erməni qadınların yeni problemi yaranıb - DETALLAR 

Xankəndidə erməni qadınların yeni problemi yaranıb - DETALLAR 

Hazırda oxunan: Xankəndidə erməni qadınların yeni problemi yaranıb - DETALLAR 

27410

Qarabağlı ermənilər arasında depressiya, sabaha ümidsizlik, gələcəklə bağlı müsbət perspektivlərin yoxluğu demoqrafik situasiyaya çox kəskin şəkilldə təsir edib. 

Bizim.Media xəbər verir ki, 44 günlük Vətən Müharibəsi başa çatandan sonra Qarabağa, geriyə qayıdan ermənilərin sayının təqribən 56 min nəfər olduğu deyilsə də, vəziyyət ermənilər üçün ürəkaçan deyil. 

Ermənistandan Xankəndinə qayıtmış qarabağlı ermənlərin çoxu yenidən şəhəri tərk ediblər. Onların bir qismi Ermənistanda məskunlaşıb, yerdə qalanı isə Rusiyaya üz tutub. 

Son məlumatlara görə, hazırda Qarabağın rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərində yaşayan ermənilərin sayı 15 mindən artıq deyil. 

Miqrasiya ilə bahəm, qarabağlı ermənilər arasında yeni problem də var. 

Belə ki, son üç həftədə Xankəndində 58 erməni qadın hamiləliyin erkən dayandırılması, yəni abort məqsədilə Xankəndindəki Ana və Uşaq Mərkəzinə müraciət ediblər. 

Xankəndindəki separtçı rejimin sabiq "səhiyyə naziri" Arutyun Kuşkyanın dediyinə görə, bu, sadəcə, rəsmi statististikadır. 

"Real rəqəmlərsə dəfələrlə çoxdur. Qarabağlı erməni qadınlar arasında reproduktiv yaşda olanlar depressiyaya qapılıblar. Üstəlik, gizli abortlar da çoxalır. Həmin abortların niyə baş verdiyini, məncə, şərh etməyə lüzum yoxdur. 2 min rusiyalı sülhməramlı amilini unutmayaq", - A.Kuşkyan söyləyib. 

Qarabağlı erməni qadınlar arasında gizli, habelə selektiv abortların ciddi problemə çevrilməyə başladığını Xankəndindəki Ana və Uşaq Mərkəzinin mamaça-ginekoloqu Manuş Sarkisyan da vurğulayıb. 

Ermənistanda olduğu kimi, qarabağlı ermənilər arasında da selektiv abortların sayı artır. 
 
Belə ki, Ermənistanda doğulan hər 100 qızın payına 110 oğlan düşür. Dünya miqyasında isə bu rəqəm 105-ə bərabərdir. 

Üstəlik, Ermənistanda olduğu kimi, qarabağlı erməni qadınlar arasında da hamiləliyin medikamentoz yolla yox, cərrahi müdaxilə yolu ilə vaxtından əvvəl bitirilməsinə üstünlük verənlərin sayı fasiləsiz olaraq artır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO