Tbilisidə etiraz aksiyasının təşkilatçıları saxlanıldı: Sabiq prokuror, polkovnik...

Tbilisidə etiraz aksiyasının təşkilatçıları saxlanıldı: Sabiq prokuror, polkovnik...

Hazırda oxunan: Tbilisidə etiraz aksiyasının təşkilatçıları saxlanıldı: Sabiq prokuror, polkovnik...

274025

Tbilisi şəhərində keçirilən etiraz aksiyasının beş təşkilatçısı saxlanılıb. Saxlanılanlar arasında ictimai xadim Paata Burçuladze, “Milli Hərəkət”in üzvü İrakli Nadiradze, sabiq prokuror Murtaz Zodelava, “Aqmashenebeli Strategiyası”nın üzvü Paata Mandjqaladze və polkovnik Laşa Beridze var.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.
 

Saxlanılan şəxsləri konstitusiya quruluşunu zorla dəyişdirməyə çağırmaq, dövlət hakimiyyətini devirmək, həmçinin qrup şəklində zorakılığın təşkili, rəhbərliyi və iştirakında ittiham edirlər.
Onlara 9 ilə qədər həbs cəzası verilə bilər.


Etirazçılar 4 oktyabr axşamı Prezident Sarayına daxil olmağa cəhd edərək “hakimiyyəti xalqa təhvil vermək” niyyətində olublar.

Polis aksiyaya qarşı xüsusi vasitələr və su şırnaqlarından istifadə edib. Hadisə nəticəsində 14 polis əməkdaşı xəsarət alıb.

Daxili İşlər Nazirliyi Prezident Administrasiyası binasının zəbt edilməsinə cəhd faktı üzrə bir neçə maddə ilə cinayət işi açıb: polis əməkdaşına hücum, hakimiyyəti dəyişdirməyə çağırış, əmlaka zərər vurmaq, qrup zorakılığı təşkil etmək və ya iştirak etmək, eləcə də strateji obyektin zəbtinə və ya bloklanmasına cəhd.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO