Gürcüstan DİN Tbilisidəki hadisələrlə bağlı araşdırma aparır

Gürcüstan DİN Tbilisidəki hadisələrlə bağlı araşdırma aparır

Hazırda oxunan: Gürcüstan DİN Tbilisidəki hadisələrlə bağlı araşdırma aparır

273971

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə mitinq zamanı baş verən hadisələrlə bağlı araşdırmalara başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə elan edib.
 

“Baş vermiş hadisələrlə bağlı Gürcüstan Cinayət Məcəlləsinin polis əməkdaşına hücum, Gürcüstanın konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə çağırış, qrup şəklində zorakılıq, habelə strateji və ya xüsusi əhəmiyyətli obyekti ələ keçirməyə və ya bloklamağa cəhd maddələri ilə cinayət işi başlanıb”, - nazir müavini deyib.


Daraxvelidzenin sözlərinə görə, hüquq-mühafizə orqanları qanunsuz əməl törətmiş bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün zəruri prosessual və istintaq hərəkətlərini həyata keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO