Kaxa Kaladze yenidən Tbilisinin meri SEÇİLDİ

Kaxa Kaladze yenidən Tbilisinin meri SEÇİLDİ

Hazırda oxunan: Kaxa Kaladze yenidən Tbilisinin meri SEÇİLDİ

273960

Xəbər verdiyimiz kimi Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Bizim.Media xəbər verir ki, seçkilərin nəticələri barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Tbilisidə etirazçılar prezident sarayının həyətinə daxil oldular - VİDEO


Məlumata görə, hakim "Gürcü arzusu" Partiyasının nümayəndəsi Kaxa Kaladze yerli seçkilərdə 71,29% səs toplayaraq Tbilisinin meri seçilib.

Qeyd edək ki, seçkilərdə 12 siyasi partiya iştirak edib. Onların sırasında "Vətən, Dil, İnam", "Mühafizəkarlar Gürcüstan üçün", "Bizim Vahid Gürcüstanımız", "Azad Gürcüstan", "Patriotlar Alyansı", "Güclü Gürcüstan – Lelo", "Gürcüstan", "Yaşıl Partiya", "Xalq hökuməti", "Gürcüstan üçün Qaxariya", "Qırçı" və hakim "Gürcü arzusu – Demokratik Gürcüstan" partiyası var.

Tbilisi merliyi uğrunda isə 9 namizəd mübarizə aparıb.

Birləşmiş müxalifət partiyalarının "Lelo" və "Gürcüstan naminə" Partiyasının namizədi İrakli Kupradze 12,52% səs toplayaraq ikinci olub.

Xatırladaq ki, K.Kaladze 2017-ci ildən paytaxtın meri postunu tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO