Ermənistan parlamentində Azərbaycanla bağlı fövqəladə iclas – Müxalifət zalı tərk etdi

Ermənistan parlamentində Azərbaycanla bağlı fövqəladə iclas – Müxalifət zalı tərk etdi

Hazırda oxunan: Ermənistan parlamentində Azərbaycanla bağlı fövqəladə iclas – Müxalifət zalı tərk etdi

273608

Ermənistan parlamenti fövqəladə iclas çağıraraq Azərbaycanla sülhün qurulmasına dair bəyanatı qəbul edib.

Bizim.Media xəbər verir ki, bəyanat “Mülki müqavilə” fraksiyası tərəfindən hazırlanıb və 64 lehinə səs, 2 bitərəf səslə qəbul olunub. Müxalifət müzakirələrin əvvəlində iclas zalını tərk etdiyindən səsvermədə iştirak etməyib.

Sənəddə bu il 8 avqustda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən imzalanmış sazişlərin müddəaları əsas kimi göstərilir.

Bəyanatda parlament Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin ABŞ Prezidenti ilə görüşdə imzaladığı ortaq deklarasiyanı dəstəkləyir və həmin görüşdə Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin paraflanmasını alqışlayır.

Qətnamənin əsaslandırılmasında vurğulanır ki, bu addım Ermənistanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qorunması, eləcə də qonşu dövlətlərin sərhədlərinin tanınmasının və dinc yanaşı yaşamanın əhəmiyyətini nəzərə almaqla atılır.

Parlament, həmçinin, Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılmasının qarşılıqlı suverenlik və ərazi bütövlüyünə hörmət əsasında aparılacağını qeyd edir (buraya Azərbaycanın əsas ərazisi ilə Naxçıvan MR arasında bağlantı və Ermənistanın Azərbaycan ərazisi ilə əlaqəsi daxildir).

Hakim fraksiyanın deputatları vacib sayırlar ki, Ermənistan ABŞ və digər tərəfdaş ölkələrlə birlikdə “Beynəlxalq sülh və rifah naminə Tramp Yolu” (TRIPP) layihəsinin həyata keçirilməsi üzərində işləyəcək.

Parlament cəmiyyətə, siyasi dairələrə, ekspertlərə və Ermənistanla Azərbaycan mədəniyyət ictimaiyyətinə çağırış edib ki, konflikti yenidən alovlandıracaq diskursiyadan və hərəkətlərdən çəkinməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO