Qarabağda Rusiya sülhməramlılarının bütün postları quruldu

Qarabağda Rusiya sülhməramlılarının bütün postları quruldu

Hazırda oxunan: Qarabağda Rusiya sülhməramlılarının bütün postları quruldu

2735

Rusiya sülhməramlıları Dağlıq Qarabağda “Cənub” və “Şimal” məsuliyyət zonalarının hər birində doqquz müşahidə postu yerləşdirib.

Bizim.Media bildirir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, 10 noyabr 2020-ci ildən etibarən Qarabağda Laçın dəhlizində yeddi müvəqqəti müşahidə postu qurulub.

“Dünən 15-ci əlahiddə motoatıcı briqadanın bölmələri tərəfindən “Şimal” məsuliyyət zonasında müşahidə postlarının qurulması tamamlanıb”, - deyə Rusiya MN-dən bildirilib.

Nazirlikdən qeyd olunub ki, hazırda Rusiya sülhməramlıları “Cənub” və “Şimal” məsuliyyət zonasının hər birində doqquz müşahidə məntəqəsində Qarabağda atəşkəsin gözlənilməsinə nəzarət edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO