Simonyanın ETİRAFI: “Azərbaycanla rəqabət apara bilmərik”

Simonyanın ETİRAFI: “Azərbaycanla rəqabət apara bilmərik”

Hazırda oxunan: Simonyanın ETİRAFI: “Azərbaycanla rəqabət apara bilmərik”

272574

“Konstitusiya islahatlarından əvvəl Azərbaycanla sülh sazişinin imzalanma ehtimalını istisna etmirəm”.

Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. 

Onun sözlərinə görə, konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələr hələ koronavirus pandemiyasından əvvəl başlanmışdı.
 

Simonyan qeyd edib ki, obyektiv səbəblərə görə Ermənistan nə Azərbaycanın, nə də NATO-nun ikinci böyük ordusuna sahib olan Türkiyənin hərbi xərclər səviyyəsinə çata bilər. 


Xatırladaq ki, Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ermənistan Konstitusiyasından Azərbaycanın ərazi bütövlüyünə iddialar ehtiva edən Müstəqillik Bəyannaməsinə istinad çıxarıldıqdan sonra İrəvanla sülh müqaviləsi imzalamağa hazırdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO