Ermənistanda pasport möhürlərində Ağrı dağının təsvirindən imtinanın səbəbi AÇIQLANDI

Ermənistanda pasport möhürlərində Ağrı dağının təsvirindən imtinanın səbəbi AÇIQLANDI

Hazırda oxunan: Ermənistanda pasport möhürlərində Ağrı dağının təsvirindən imtinanın səbəbi AÇIQLANDI

270495

Ermənistan hökuməti ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan sərhəd möhürlərindən Ağrı dağının (Ermənilər Ararat adlandırırdı – red.) təsvirinin çıxarılması qərarını izah edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Əmək və Sosial Məsələlər naziri Arsen Torosyan danışıb.

Onun sözlərinə görə, bu qərar ölkə daxilində geniş müzakirələrə səbəb olub:

“Qərarın əsaslandırması çox sadədir: möhürlər sərhəd keçidi ilə bağlı müasir tələblərə, həmçinin real Ermənistan ideologiyasına uyğunlaşdırılıb”.

Nazir əlavə edib ki, dünyanın bir çox ölkəsində sərhəd keçidində pasportlara möhür vurulmur. “Məsələn, qonşu Gürcüstanla sərhədi yalnız şəxsiyyət vəsiqəsi ilə keçmək mümkündür, heç bir möhürə ehtiyac yoxdur, çünki sərhəd keçidi yalnız elektron sistemdə qeydə alınır.

Yeni möhürlərdə sərhəd keçidindən başqa heç bir məlumat və ya təsvir olmayacaq. Bu, demək olar ki, bütün ölkələrin sərhəd möhürlərinə uyğundur. Həmçinin möhürlərin ölçüsü də kiçildilib ki, pasportlar daha uzun müddət səyahətçilərə xidmət etsin”, – deyə Torosyan vurğulayıb.
 

Xatırladaq ki, Ermənistan hökumətinin qərarı ilə dövlət sərhədini keçməyə dair pasportlarda və ya onları əvəz edən sənədlərdə qoyulan qeyd və möhürlərdə dəyişiklik edilib, möhürlərin ölçüsü dəyişdirilib və Ağrı dağı təsviri çıxarılıb.


Qərar 1 noyabr 2025-ci ildən qüvvəyə minəcək.

Qeyd edək k, Ağrı dağı Türkiyənin ərazisində yerləşir və bu dağın Ermənistana heç bir aidiyyatı yoxdur. Ancaq buna baxmayaraq ermənilər uzun illərdir ki, öz atributlarında bu dağın təsvirindən istifadə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO