Simonyan: “İrəvanda Azərbaycan, Bakıda isə Ermənistan məhsulları satılacaq”

Simonyan: “İrəvanda Azərbaycan, Bakıda isə Ermənistan məhsulları satılacaq”

Hazırda oxunan: Simonyan: “İrəvanda Azərbaycan, Bakıda isə Ermənistan məhsulları satılacaq”

269898

“Bizdə vahid Ermənistan-Azərbaycan məhsul bazarı olacaq.”

Bizim.Media Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.

“Ermənilərin əksəriyyəti azərbaycanlı sərhədçini görmək istəmir və bu, yaxşı əlamət deyil, çünki biz qonşuyuq və zamanla hər şey keçəcək. Ermənilər və azərbaycanlılar Moskvada birgə bizneslə məşğuldur, dostdurlar, bir-birinin ad gününə gedirlər, digər ölkələrdə də belədir.
Bəli, gərginlik var, yaralar həm bizim, həm də onların tərəfində hələ təzədir. Biz insanları öldürməmişikmi, Azərbaycan tərəfində insanlar ölməyibmi?”, deyə o, əlavə edib.

Simonyan bildirib ki, bu həssaslıq hər iki tərəfdə mövcuddur, amma prioritet və vacib məsələ kommunikasiyaların mümkün qədər tez açılmasıdır.

“Ermənilər və azərbaycanlılar bir-biri ilə ticarət edəcəklər, bizdə vahid Ermənistan-Azərbaycan məhsul bazarı olacaq. Bizim mağazalarda Azərbaycan məhsulları, Bakı və digər şəhərlərdə isə erməni məhsulları olacaq. Bu qaçılmazdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO