“Ermənistan mina xəritələrini verməlidir, amma ...” Erməni blogerdən ŞOK ETİRAFLAR

Hazırda oxunan: “Ermənistan mina xəritələrini verməlidir, amma ...” Erməni blogerdən ŞOK ETİRAFLAR

26984

“Ermənistanda kimlərsə keşişlərin, Daşnaksütyunun və Koçaryanın sifarişlərini yerinə yetirir. Robert Koçaryanla Serj Sarkisyanın hakimiyyəti illərində Ermənistan mediasında yalanlar yayımlanırdı. Erməniləri aldadırdılar ki, Azərbaycanın nefti yoxdur, 10 milyon azərbaycanlı acından öləcək”

Bizim.Media xəbər verir ki, bu sözləri erməni bloger və jurnalist Roman Baqdasaryan “YouTube” kanallarından birində azərbaycanlı jurnalistə müsahibəsində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Diversantlar Ermənistana verilə bilərmi? - Fərhad Məmmədovdan SƏBƏB VƏ ŞƏRTLƏR


Erməni bloger bildirib ki, bu yalanlara inanmış ermənilər 44 günlük müharibədən sonra anladılar ki, hər şey başqa cür imiş. Yəni, Azərbaycan neftin pulu ilə müdafiə gücünü artırırdı. 

Baqdasaryan qondarma rejimə göndərilən əsgərlərdən, mina xəritələrindən bəhs edib:

“7 aydır ki, “Artsax”a gənc əsgər yollandığını eşitmirəm. Dekabrda Müdafiə Nazirliyi də deyib ki, yeni çağırışçılar artıq Qarabağa göndərilmir. Başqa informasiyanı eşitmişəm və bu açıq məlumatdır. Bu informasiyada deyilir ki, Ermənistan Qarabağa əsgər yollamadığı üçün “Artsax” orada yaşayan erməniləri orduya çağırır.

Mina xəritələrinə gəlincə, indiyədək 50 azərbauycanlı ölüb və 150-si xəısarət alıb. Mən erməni olsam da, bu ölüm xəbərlərinə sevinmirəm. Ona görə sevinmirəm ki, özüm də 7 aydır itkin düşən, ölən və yaralanan ermənilərin ailələrinə baş çəkirəm. Və dərk edirəm ki, eyni dərdi azərbaycanlı analar da çəkir.

Mən Krasnodarda oturub konyak içə-içə azərbaycanlının minaya düşərək ölməsini statusla bayram edən erməniləri anlamıram. Bu statusların Ermənistana nə xeyri var ki?

Mina xəritələrini vermək lazımdır. Amma hadisələri tezləşdirmək də olmur, çünki biz hər iki dövlətin liderlərinin nə planlaşdırdığını dəqiq bimirik. Mən istərdim ki, azərbaycanlılar daha minaya düşüb partlamasın. Siz isə diversant kimi saxlanılan erməniləri qaytarasınız”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO