Əri komada olan Simonyanın özü də ağır xəstəliyə TUTULDU

Əri komada olan Simonyanın özü də ağır xəstəliyə TUTULDU

Hazırda oxunan: Əri komada olan Simonyanın özü də ağır xəstəliyə TUTULDU

269244

RT və “Rossiya Seqodnya” media qrupunun rəhbəri Margarita Simonyan ona ciddi xəstəlik diaqnozu qoyulduğunu və yaxın günlərdə əməliyyata girəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Rossiya-1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişində danışıb.

Jurnalistin sözlərinə görə, o, uzun müddət efirə çıxıb-çıxmamaqda tərəddüd edib, lakin qərara gəlib ki, baş verənləri özü ictimaiyyətlə bölüşsün:

“Mənə ciddi və qorxulu bir xəstəlik diaqnozu qoyuldu. Sabah əməliyyat olunmalıyam. Hesab etdim ki, bunu gizlətməkdənsə, efirə çıxıb həqiqəti söyləmək daha doğrudur”.

Simonyan həmçinin oxşar çətinliklərlə üzləşən insanlara dəstək sözlərini çatdırıb.

Bundan başqa, o, ərinin – rejissor Tigran Keosayanın artıq doqquz aydır komada olduğunu da xatırladıb:

“Bəla gələndə qapını taybatay açar” – deyə Simonyan bildirib.

Qeyd edək ki, Simonyan həm Ermənistan, həm də Azərbaycana qarşı dərin nifrəti ilə tanınır. O, xüsusilə Qarabağ münaqişəsi mövzusunda açıq-aşkar qərəzli mövqeyi və təxribatçı çıxışları ilə diqqət çəkib. Bu nifrət onun illərdir regiondakı gərginliyi qızışdırmasına xidmət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO